Nizami Cəfərov: "Övladlara valideynlərin adlarını qoyulmasının heç bir problemi yoxdur"






"Valideynlərinin adlarını övladlarına qoyanlar heç də köhnə fikirli deyil”.
Bunu Sherg.az-a millət vəkili, akademik Nizami Cəfərov deyib. O bildirib ki, tək Azərbaycan xalqında deyil, dünya xalqlarının əksəriyyətində bu ənənə var:

"Çoxları valideynlərin razılığı deyil, hətta təkidi ilə övladlarına onların adını verirlər. Bu çox gözəl adətdir. Burada etiraz edilməli məqam yoxdur. Estetika, ailə mədəniyyəti, nəsil şəcərəsini qorumaq və hüquqi baxımdan övladlara valideynlərin adlarını qoyulmasının heç bir problemi yoxdur.
Hətta bəzi valideynlər öz adlarını övladlarına qoyurlar. Bu da müəyyən şərtlər daxilində, texniki problem olmazsa, mümkündür. Amma belə hallara az rast gəlinir.

Uşaqlara ad qoyulmasında ən mübahisəli məsələ odur ki, ata-ana adları qoyulur və onlar köhnəlmiş adlar olur. Övladlar sonradan bu adları daşımaq istəmir. Ona gör, düşünmək lazımdır ki, gələcəkdə uşaq bu adla yaşaya bilsin, adını sevsin. Çünki dövr keçdikcə zövqlər dəyişir. Ola bilər, əvvəlki vaxtlarda qoyulan valideyn adları mənfi mənada qeyri-adi, köhnəlmiş, mürəkkəb olsun. Bütün bunları ad qoyanda nəzərə almaq lazımdır. Valideynlər irəli baxmalı və gələcəkdə övladına verdiyi adın onu məmnun etməsinə çalışmalıdır”.

Aysel Aslan