"Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Sherg.az”a bildirib ki, ölkəmizdə ayrılığı normal qəbul etməmək yalnız kişilər aid deyil, bəzən qadınlar da ayrılığa normal adaptasiya ola bilmirlər:
Normal boşanmağı da bacarmırıq – Əksər kişilər qadına şəxsi əmlakı kimi yanaşır
13:14 17.08.2018
Arxiv
779
Cəmiyyətimizdə xüsusilə kişilər ayrılığı normal şəkildə qəbul edə bilmirlər. Bu günə qədər boşanmaq, ayrılmaq istəyən qadınlara qarşı nə qədər zorakılıqlara rast gəlmişik. Qadınlara təzyiq, şiddət göstərərək istəklərinə nail olacağını düşünən kişilərin çox hissəsi çıxış yolunu qətl törətməkdə görürlər.
Təbii ki, bütün bunlar cəmiyyətimizdəki mənfi tendensiyalardan xəbər verir. Ona görə də qadınların rastlaşdığı neqativ halların sayı bitmək bilmir.
Ailə münaqişəsi zəminində növbəti qətl hadisəsi törədilib. Hadisə Samux rayonunun Ziyadlı kəndində baş verib. Kənd sakini Elvin Bayramov həyat yoldaşı Müşafərin Bayramovanı bıçaqlayaraq qətlə yetirib. Yoldaşının bibisi Xatirə Salmanovaya isə çoxsaylı bıçaq zərbələri endirib.
Məlumata görə, M.Bayramova həyat yoldaşından küsərək 3 azyaşlı övladı ilə ata evinə gedərək orada bibisi ilə qalırmış. Yoldaşı ilə barışmağa gələn E.Bayramova istədiyinə nail ola bilmədiyi üçün cinayətə əl atıb.
"Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Sherg.az”a bildirib ki, ölkəmizdə ayrılığı normal qəbul etməmək yalnız kişilər aid deyil, bəzən qadınlar da ayrılığa normal adaptasiya ola bilmirlər: "Çünki xüsusilə ailə münasibətlərində kiməsə şəxsi əmlakımız kimi baxırıq. İnsanlara, qadına, hətta uşaqlarımıza qarşı beləyik. Yəni, qadın mənim şəxsi əmlakımdı, mənim deyilsə məhv olmalıdır kimi bir yanaşma mövcuddur. Bu psixoloji və yaxud mental bir düşüncədən irəli gəlir. Əslində kişinin qərar verməsi, yəni kişinin qadını tərk etməsi daha çox qəbul olunandır. Ona görə də qadın kişi ilə yaşamaq istəmirsə, kişilərimiz bunu özünə sığışdıra bilmir, tərk və imtina edilməyi qəbullanmırlar. Bu eqo da məhz belə cinayətlərin törədilməsinə gətirib çıxarır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ürəyi hər an dayana biləcək qadının həyatı xilas edildi
08:44 02.11.2026
Hadisə
Noyabrın əvvəlində inanılmaz sərvətə sahib olacaq BÜRCLƏR
08:18 02.11.2026
Şou
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə