Novruz Məmmədov: Yeni peşə təhsili mərkəzlərinin yaradılması təhsil şəraiti olmadan səmərə verə bilməz
14:16 19.10.2018
Arxiv
387
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planına” uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda "Peşə təhsili müəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər” və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icra vəziyyəti müzakirə olunub.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Baş nazir Novruz Məmmədov, dövlətimizin başçısının 15 illik prezidentliyi dövründə təhsil sahəsinin də dinamik inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğının təcəssümüdür.
Baş nazir ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamikanın müşahidə olunduğunu, bir sıra əsaslı nailiyyətlərin əldə edildiyini dedi. Bildirdi ki, Strategiyada nəzərdə tutulmuş 5 mühüm istiqamət müəyyən edilib, hədəflərə nail olmaq üçün təhsilin müxtəlif pillə və səviyyələrinə, o cümlədən peşə təhsili pilləsinə aid dövlət sənədləri qəbul olunub, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə tədbirlər görülüb. "Təhsilin inkişafına dair Dövlət Strategiyası"nın və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin əsas hədəfi ölkə iqtisadiyyatının inkişafına uyğun olaraq çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir. Bu məqsədlə respublikada peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və təşkili ilə bağlı Nazirlər Kabineti müvafiq qərarlar qəbul edib.
Bununla yanaşı, müzakirə olunan sahədəki mövcud problemlərə də toxunan Baş nazir Novruz Məmmədov bildirib ki, müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun peşələr üzrə kadr hazırlığını təmin edən ixtisaslaşdırılmış peşə tədris mərkəzlərinin yaradılması xüsusilə önəmlidir. Lakin peşə təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, yeni peşə təhsili mərkəzlərinin yaradılması bu tipli müəssisələrdə müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil şəraiti olmadan səmərə verə bilməz. Bu baxımdan "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas məqsədləri ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq, Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğunlaşdırmaq, nəticə etibarı ilə ölkənin davamlı inkişafını təmin etməkdir.
Sonra gündəlikdə duran hər iki məsələyə dair təhsil naziri Ceyhun Bayramovun məruzələri dinlənildi.
Məruzələr ətrafında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Nazirlər Kabinetinin şöbə müdiri Musa Ələkbərov və başqaları çıxış etdilər.
Ölkədə təhsilin inkişafı məsələlərinə dair aparılan ətraflı fikir mübadiləsindən sonra müzakirələrə yekun vuran Baş nazir Novruz Məmmədov nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müvafiq göstərişlər verdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz