Nyu-Yorkda terakt: Ölənlərin sayı 8 nəfərə çatıb





Nyu-Yorkda törədilən hücum nəticəsində ölənlərin sayı 8, xəsarət alanların sayı isə 15 nəfərə çatıb. APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlər qarşısında çıxış edən Nyu-York meri Bill de Blazio bildirib. İnsident polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.
Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb. Daha sonra məktəb avtobusu ilə toqquşan avtomobildən düşən silahlı sürücünü polislər atəş açaraq yaralayıblar. Onun şəxsiyyəti müəyyən edilib və hazırda o dindirilir. Nyu-York meri Bill de Blazio hadisə yerinə gəlib. Hadisə barədə ABŞ prezidenti məlumatlandırılıb.