O da "Eurovision"a hazırlaşır




"Dom" adlı realiti-şounu apardıqdan sonra Rusiyanın məşhur simalarından birinə çevrilən müğənni Olqa Buzova "Eurovision”a getməyə hazırlaşır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə açıqlama verən Vuzova deyib:
"Əgər mən bu musabiqəyə getsəm, bu, gələn il olacaq. Mən yarışmaya xalqımın səsverməsi ilə getmək istəyirəm. Bu çox ciddi addımdır. Mən hər şeyi dəqiq etməyi sevirəm".

İfaçı bu il Rusiyanı Ukraynada təmsil edəcək Lena Temnikovanı dəstəklədiyini də bildirib:

"Bu il müsabiqəyə gedəcək rəfiqəm Lenaya uğurlar arzulayıram. İnanıram ki, onun kimi ölkəmizi Kiyevdə təmsil edəcək ikinci bir adam yoxdur”.

Qeyd edək ki, bu il Rusiyanı "Eurovision 2017”də "Serebro” qrupunun keçmiş solisti Lena Temnikova təmsil edəcək. Onun bu sahədə təcrübəsi var. Belə ki, ifaçı 10 il bundan əvvəl qrupda ifa edərkən adıçəkilən yarışmaya qatılıb və üçüncü yer tutub.