O dünyanın ən çox qazanan blogeridir: 12,7 milyon təqibçisi var

O yalnız dünyanın ən çox qazanan blogeri deyil, eyni zamanda yaxşı bir anadır. Sherg.az türk mediasına istinadən xəbər verir ki, "dünyanın ən çox qazanan blogerı” ünvanını alan Chiara Ferragni repçi Fedezlə 2016-cı ildə həyatını birləşdirmişdi.
30 yaşlı məşhur moda dizaynçısı Chiara Ferragni, mart ayında Leoncino adını verdikləri oğullarını dünyaya gətirib.
Ferragni hələ 5 yaşındaykən modelliyin qapılarını aralamışdı. 16 yaşına çatanda isə, ilk ciddi modellik təcrübəsini yaşadı. Instagramda 12,7 milyon təqibçisi olan Chiara, hər dəfə öz stilini əks etdirən fotolar paylaşır, simpatik rəftarları ilə təqibçilərini özünə bağlayır.
Turan