Öcalanın bacısı qızı da millət vəkili oldu

Dilək Öcalan HDP-nin namizədlik siyahısına Şanlıurfadan daxil olmuşdu





Separatçı kürdlərin dəstəklədiyi Xalqın Demokratiya Partiyasının (HDP) barajı keçməsi ilə Dilək Öcalan da Türkiyə Böyük Millət Məclisinin (TBMM) millək vəkili olmağa haq qazandı.
ANS PRESS-in məlumatına görə, mübahisələrə səbəb olan Dilək Öcalan HDP-nin namizədlik siyahısına Şanlıurfadan daxil olmuşdu.
Qeyd edək ki, 28 yaşlı Dilək Öcalan terrorçu lider Abdullah Öcalanın bacısı Fatma Öcalanın qızıdır.