Təhsil haqqının müəyyən olunmasının konkret mexanizmi olmalıdır. Azərbaycanda 4 ali məktəbə "publik hüquqi şəxs” statusu verilib. Ola bilər, növbəti illərdə digər universitetlərə də belə status veriləcək. "Publik hüquqi şəxs” olan universitet özü-özünü maliyyələşdirməlidir. Gələcəkdə belə universitetlərin artması müvafiq problemlər yarada bilər. Hazırda bəzi yüksək bal toplayan tələbələr seçdikləri ixtisasın ödənişi yüksək olduğuna görə, təhsil ala bilmirlər. Təhsil haqqını ödəyə bilməyən tələbələr təhsilini yarımçıq qoymalı olur. Sözügedən problemləri həll etmək üçün təhsil krediti məsələsi gündəmə gətirildi. Lakin bu tam olaraq həllini tapmadı. Çünki banklar tələbələrə minimum faizlə kredit vermək imkanında deyillər.
"Ödənişi verə bilməyən tələbələr təhsillərini yarımçıq qoymalı olur" - Əlçatan təhsilin pulçatmaz ödənişi
15:01 03.09.2018
Arxiv
753
"Ali məktəblərdə təhsil haqlarının yüksək olmasını müdafiə ediriksə, ali təhsilin hər kəs üçün əlçatan olması strategiyasını da unutmamalıyıq”.
Bunu "Sherg.az”a ali məktəblərdə təhsil haqqının yüksək olmasından danışarkən tanınmış təhsil eksperti Nadir İsrafilov söyləyib.
O vurğulayıb ki, təhsil əlçatan olmalıdırsa, bu maddi cəhətdən də təsdiqini tapmalıdır:
"Elə ali məktəblər var, illik təhsil haqqı 4000-6000 manat arasında dəyişir. Bu rəqəm bizim əhalinin sosial durumu ilə uzlaşmır. Ona görə, təhsil haqqının yüksək olması problemi dəfələrlə qaldırılıb.
Təhsil haqqının müəyyən olunmasının konkret mexanizmi olmalıdır. Azərbaycanda 4 ali məktəbə "publik hüquqi şəxs” statusu verilib. Ola bilər, növbəti illərdə digər universitetlərə də belə status veriləcək. "Publik hüquqi şəxs” olan universitet özü-özünü maliyyələşdirməlidir. Gələcəkdə belə universitetlərin artması müvafiq problemlər yarada bilər. Hazırda bəzi yüksək bal toplayan tələbələr seçdikləri ixtisasın ödənişi yüksək olduğuna görə, təhsil ala bilmirlər. Təhsil haqqını ödəyə bilməyən tələbələr təhsilini yarımçıq qoymalı olur. Sözügedən problemləri həll etmək üçün təhsil krediti məsələsi gündəmə gətirildi. Lakin bu tam olaraq həllini tapmadı. Çünki banklar tələbələrə minimum faizlə kredit vermək imkanında deyillər.Bizdə tələbələrin regionlardan paytaxta gəlməsi, kirayə haqqı ödəməyə məcbur olması, yataqxanaların olmaması və s. problemlər hələ də qalmaqdadır. Bütün bunların fonunda təhsil haqqının da yüksək olması tələbələri çıxılmaz duruma salır”.
N.İsrafilov hesab edir ki, təhsil haqqının yüksək olması probleminin tam şəkildə həllinin yeganə yolu təhsil kreditlərinin verilməsidir:
"Müvafiq qanun qəbul edilərsə, tələbələrin yükü bir qədər azala bilər. Milli Məclisin Təhsil Komitəsinin sədri İsa Həbibbəyli təhsil kreditlərinin gündəmdə olduğunu diqqətə çatdırdı. Deputatın sözlərinə görə, məsələ həllini tapacaq. Xarici ölkələrdə xüsusi təşkilatlar, qurumlar, şirkətlər var ki, tələbələrə yardım edirlər. Azərbaycanda isə imkanlı şəxslərin, təşkilatların, şirkətlərin belə addımlarını görə bilmirik”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət