Oğru kimi girdiyi evin sahibinin üzünü kəsdi




Bakıda quldurluq edən şəxs saxlanılıb. DİN-in saytının verdiyi məlumata görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 25-də Bakı şəhər sakini Elnur Cəbrayılovun evinə girib ona üz nahiyəsindən kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Səyyaf Həsənov tutulub.