"Ölkə başçısı da çıxışlarında buna işarə vurur ki..." - Deputat

Fazil Mustafa: "... Azərbaycan ayrıca, müstəqil subyekt kimi Avropa Birliyi ilə əməkdaşlığa maraqlıdır. Artıq bu əməkdaşlığın nəticələri yekun olaraq ortaya çıxmaqdadır"



"Azərbaycanın əsas hədəfi odur ki, Avropa İttifaqı (Aİ) ilə birbaşa ünsiyyət və əməkdaşlıq müzakirələri aparsın”.

Bu barədə "Sherg.az”a bu yaxında baş tutan Şərq Tərəfdaşlığı Sammitinin nəticələri və sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyəti haqqında danışarkən millət vəkili Fazil Mustafa bildirib. deyib. Deputat bəyan edib ki, Aİ-nin də buna marağı var:

"Ona görə, bu əməkdaşlıq əhəmiyyətlidir. Aİ -nin Azərbaycanla müqavilə imzalaması ölkəmizin tanınması və imkanlarının Avropa məkanına nümayiş olunması baxımından faydalıdır.

Ölkə başçısı da çıxışlarında buna işarə vurur ki, Azərbaycan ayrıca, müstəqil subyekt kimi Avropa Birliyi ilə əməkdaşlığa maraqlıdır. Artıq bu əməkdaşlığın nəticələri yekun olaraq ortaya çıxmaqdadır. Ümid edək ki, bu, hər iki tərəfin faydasına xidmət edəcək. Əvvəllər də bu təşkilatla Azərbaycan arasında müqavilələr imzalanıb. O müqavilələr sayəsində götürülən öhdəliklərə əməl olunması hər iki tərəf üçün etibarlılıq əsası yaradıb. Əməkdaşlığın davamı yeni sənədlərin imzalanması ilə müşayiət olunacaq”.

Qeyd edək ki, Xorvatiya nümayəndə heyəti görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunan Prezident İlham Əliyev bu yaxınlarda Şərq Tərəfdaşlığı Sammitinin uğurla keçirildiyini və yaxşı nəticələr verdiyini bildirib. Sammitdə qəbul edilən Bəyannamənin əhəmiyyətini vurğulayan ölkə başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzərində danışıqlar aparıldığını və bu sazişin əməkdaşlığımızın qarşılıqlı maraq doğuran bütün sahələrini, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət sahələrini əhatə edəcəyinə ümidvar olduğunu söyləyib.

Aysel Aslan