"Ölkə başçısı sosial qayğıya ehtiyacı olanlara hər zaman diqqətli yanaşıb" - Deputat





"Qaçqın və məcburi köçkünlərimizə böyük diqqət göstərilir”.

Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Araz Əlizadə deyib.

Deputat bildirib ki, məcburi köçkünlərimizin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən bütün işlər yüksək qiymətləndirilməlidir:

"Ümumiyyətlə, ölkəmizdəki bütün nəcib işləri cənab Prezident həyata keçirir. Ölkə başçısı sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza qarşı hər zaman diqqətli olub”. Qeyd edək ki, bu günə qədər 290 minədək qaçqın və məcburi köçkünlərimizin mənzil-məişət problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Ötən il dövlət tərəfindən 12 min, bu il isə 20 min köçkün(5800) ailə yeni mənzillə təmin edilib.”

Yeganə Bayramova