"...Ölkəmizdə ali təhsil almayan qalmayacaq”
17:09 28.03.2017
Arxiv
1091
"Ötən illərə nisbətən bu il qəbul imtahanları üçün müəyyən olunan keçid balları endirilib”.
Bunu Sherg.az-a bu il üçün ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müəyyən olunan keçid ballarına münasibət bildirərkən təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib.
O bildirib ki, açıqlanan keçid balları dəfələrlə aşağı rəqəmlərdir:
"Düşünürəm ki, bu il müəyyən olunan keçid ballarına görə, Azərbaycanda orta məktəbləri 2 və ya 3 qiymətləri ilə bitirən abituriyentlər də tələbə adını qazanacaq. Belə getsə, ölkəmizdə "ali təhsil" almayan qalmayacaq”.
Ümumi keçid ballarına uyğun fərqli ixtisasların ballarının azalıb, azalmayacağının hələlik məlum olmadığını söyləyən M.Mürşüdlü deyib ki, bu tendensiya abituriyentlərin topladığı ballardan asılı olaraq tənzimlənəcək:
"İmtahan zamanı müsabiqə nəticələrinə uyğun ixtisas balları dəyişə də bilər. Ola bilər ki, imtahan nəticələri yüksək və ya aşağı olsun. Bu zaman ümumi keçid balları da, ixtisasların müvafiq balları da ümumi nəticələrə uyğun tənzimlənəcək”.
Qeyd edək ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm