"...Ölkəmizdə avtomobil oğurluğu yox dərəcədədir"
21:47 07.02.2017
Arxiv
608
Vətəndaşların diqqətli olması çox önəmlidir, dərhal polisə məlumat verilməlidir
Ötən il ərzində ölkəmizdə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) məlumat daxil olub. Oğurlanan nəqliyyat vasitələrindən isə 227-i tapılıb.
BDYPİ avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 20 şəxs və 57 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluq üzrə 1104 fakt və 94 saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
"Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Rusiya və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda avtomobil oğurluqlarının yox dərəcədə olduğunu söyləyib. Ekspert buna baxmayaraq ölkəmizdə vətəndaşların diqqətli olmasının, hüquq-mühafizə orqanlarının isə çevikliyinin vacib faktor olduğunu diqqətə çatdırıb:
"280 o qədər də böyük rəqəm deyil. Avtomobil kifayət qədər dinamik bir qurğudur. Ölkəmizdə mühafizə sistemi zəif və sökülməsi asanlıqda mümkün olan nəqliyyat vasitələri oğurlanır. 227 nəqliyyat vasitəsi tapılıbsa, yerdə qalan 53 fakt o deməkdir ki, böyük ehtimalla avtomobil talanıb. Paytaxtda avtomobil oğurlandıqdan sonra ona nə edəcəkləri sualı yaranır. Avtomobillər oğurlandıqdan sonra harasa aparılıb hissələr şəklində satılır. Bəzən insanlar hissələrin haradan olduğu haqqında maraqlanır və faktın üstü açılır. Vətəndaşların diqqətli olması çox önəmlidir. Oğurluq hallarında dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Çünki Bakıdan qaçırılmış avtomobili 3-4 saatdan sonra Azərbaycanın ən ucqar yerinə aparmaq olar. Polisə tez xəbər vermək lazımdır ki, məsələnin üstünə ciddi izlərlə getsin. Polislər isə informasiyanın qəbulu və ötürülməsində çevik olmalı, növbətçi hissə gəlib dərhal informasiya yaymalı, hansı əlamətdə avtomobil oğurlandığı aşkar edilməlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol