Ölümünü gözləyir: Ailəsi gündə 2 dəfə uşağın dərisindəki pulcuqları soymaq məcburiyyətindədir

Çox nadir halda təsadüf edilən Harlequin tipi iktiyozis genetik bir xəstəlikdir. Dərinin hədsiz bərkiməsi nəticəsində bədənin hamısı pulcuqlarla örtülür.
Bu pulcuqlara isə mikrob keçmə riski böyükdür. "Daily Mail”in xəbərinə görə, Harlequin tipi iktiyozis xəstəsi olan 5 yaşlı Evans Fascino adətən ölümlə nəticələnən bu xəstəliyə düçar olub. Evansın anası oğlunu çimizdirərkən dəri qalıqlarını toplamaq üçün xüsusi vasitələrdən yararlanır. Daima infeksiya riski ilə yaşayan Evansın ailəsi gündə 2 dəfə onun dərisindəki pulcuqları soymaq məcburiyyətindədir. Əks halda pulcuqların daha qalın və soyulması mümkünsüz hala gəldiyini bildirən ana oğlunun sağlamlığı üçün əlindən gələni edir. O hamamdan çıxdıqdan sonra Evansın dərisinə qurumağın qarşısını almaq üçün nəmləndirici kremlərdən istifadə edir. Qeyd edək ki, çox nadir hallarda rast gəlinən və səbəbi məlum olmayan bu xəstəlik genetikdir. Bu xəstəliyə düçar olan insanlarda dəri normalda olduğundan daha sürətli inkişaf edir, xəstənin bədənində yarıq və çatlar əmələ gəlir. Bu zaman isə artıq dərinin mütəmadi olaraq təmizlənməsi və gündə 5 dəfə yağ və ya kremlər ilə nəmləndirilməsi zəruridir. Xəstəlik adətən yeni doğulan körpələrdə ölümlə nəticələnir. Ancaq həyatda qalmağı bacaran uşaqlar həyatlarının sonuna qədər sıx tətbiq olunan dəri müalicəsi almaq məcburiyyətində qalırlar.
Şəymən