Vərəsə olmayan şəxslərin mərhumun borclarını ödəmək kimi bir məcburiyyəti yoxdur
Ölünü məhkəməyə çağırdılar
09:42 28.09.2018
Arxiv
901
İcra məmurları vətəndaşları incidirlər
Vərəsə olmayan şəxslərin mərhumun borclarını ödəmək kimi bir məcburiyyəti yoxdur
Vərəsə olmayan şəxslərin mərhumun borclarını ödəmək kimi bir məcburiyyəti yoxdur
Xəzər Rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əhmədağa Əmirhüseyn oğlu Əmirovu məhkəməyə çağırıb. Özünü Yaqub kimi təqdim edən məhkəmə icraçısı Ə.Əmirovun evinə zəng edib və onun həyat yoldaşından israrla tələb edib ki, Əhmədağa Əmirov məhkəməyə gəlsin.
Mərhumun həyat yoldaşının izahatı, Ə.Əmirovun 4 il əvvəl dünyasını dəyişməsi haqda məlumatlar icraçını qane etməyib. Mərhumun oğlu Vüqar Əmirovun sözlərinə görə, atası Xəzər rayonu, Türkan qəsəbə nümayəndəliyində 22 il baş mühasib, 23 il Türkanda yerləşən 56 saylı poçtun rəisi vəzifələrində çalışıb: "Anama deyib ki, ərinizin borcu var, gəlib ödəsin. Hansı ki, o borc atam yataqdaykən ödənilib. Məhkəmənin qərarı ilə pensiyasından tutulub. Mən anlaya bilmirəm, ödənilməsəydi belə, bu 4 ildə hardaydılar ki, indi zəng vururlar? Anam şəkər xəstəsidir, o zəngdən sonra halı pisləşib”.
Bəs problem həllini necə tapa bilər? Ümumiyyətlə, dünyasını dəyişmiş şəxsin kredit borclarını ailə üzvlərinin ödəməsi hüquqi olaraq tələb olunurmu?
Hadisə ilə bağlı "Şərq”ə açıqlama verən hüquqşünas İradə Cavadova bildirib ki, ölkəmizdəki icra məmurları yetərincə yaxşı və operativ işləmirlər:
"Bəzən görürük ki, icra məmurları özlərinə sərf edən məqamlarda təhdidlə nəyəsə nail ola bilirlər. Təbii ki, icra məmuru ölmüş şəxsi məhkəməyə dəvət edə bilməz. Lakin əgər ölmüş şəxsin vərəsələri varsa və vərəsələr mirası qəbul edirlərsə, o zaman mərhumun borclarını da avtomatik olaraq qəbul edirlər. Belə olan halda icra məmuru bə zi sorğular verməli və ölən şəxsin vərəsələrinin olub-olmadığını dəqiq müəyyən etməlidir. Daha sonra vərəsələr dəvət olunmalıdır, onların mirası qəbul etdikləri aşkarlanmalıdır. Yalnız bu zaman həmin borc vərəsələrə yönələ bilər”.
Hüquqşünas bildirib ki, icra məmurları bir çox hallarda vəzifə səlahiyyətlərindən istifadə edirlər. Onlar məhkəmə qətnamələrini icra etməlidir və icra etmək iqtidarındadırlar. Lakin qətnaməni icra etmirlər və hansısa maraqlar çərçivəsində onlara sərf edilən zaman bunu icra edirlər: "Məsələn, mənim icraatımdan 2010-cu ildən bir iş var. İcra məmuru isə bu günə kimi onu icra etmir. Ümumiyyətlə, bu olduqca yanlışdır. İcra məmurlarının işi ilə bağlı qiymətləndirmə cədvəli olsaydı, onların iş səviyyəsi kafi dəyərləndirilərdi. Çünki icra məmurları təəssüf ki, vətəndaşları çox incidirlər”.
Hüquqşünasın dediklərindən belə qənaətə gəlmək olar ki, ölən şəxsin ailə üzvləri borcları yalnız vərəsəliyi qəbul etdikləri halda ödəməlidir. Vərəsə olmayan şəxslərin mərhumun borclarını ödəmək kimi bir məcburiyyəti yoxdur.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq