Ömürlük həbs edilən polis generalının ailəsindən prezidentə ƏFV MÜRACİƏTİ
10:14 09.03.2016
Arxiv
723
Antonina Nəsirova: Ona təklif olunurdu ki, Hacı Məmmədovun törətdiyi cinayətlərdə DİN rəhbərliyinin iştirak etməsi barədə ifadə versin"
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan polis general mayoru Zakir Nəsirovun həyat yoldaşı Antonina Nəsirova ölkə prezidenti və Prezident yanında Əfv komissiyasına müraciət edib.
Lent.az-ın "qafqazinfo”ya istinadən məlumatına görə, müraciətdə A. Nəsirova bildirir ki, həyat yoldaşı sıravi polis nəfərindən polis general mayoru rütbəsinədək yüksəlib, Heydər Əliyev tərəfindən Azərbaycan Bayrağı Ordeni ilə təltif edilib. 2005-ci ilin iyul ayında Zakir Nəsirovun MTN əməkdaşları tərəfindən həbs edildiyini bildirən A. Nəsirova məhkəmənin hökmü ilə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verildiyini qeyd edib: "Həyat yoldaşım MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun və əməkdaşlarının cinayətkar Hacı Məmmədovla sövdələşməsinin və intriqalarının qurbanı olmuşdur” yazan Nəsirova qeyd edib ki, həyat yoldaşına dəfələrlə təklif olunurdu ki, azadlığa çıxmaq istəyirsə, Hacı Məmmədovun törətdiyi cinayətlərdə DİN rəhbərliyinin iştirak etməsi barədə ifadə versin.
Z. Nəsirova qarşı irəli sürülən ittihamların heç birinin sübuta yetirilmədiyini bildirən həyat yoldaşı buna baxmayaraq, ona etmədiyi cinayətlərə görə ömürlük azadlıqdan məhrum etmə cəzası verildiyini xatırladıb.
A. Nəsirova yazır: "Bizim ailəmiz 11-ci ildir ki, səbirsizliklə Zakir Nəsirov barəsində çıxarılmış qanunsuz məhkəmə qərarlarının ləğv olunacağını, onun bəraət alacağını gözləyir. Zakir Nəsirov artıq 11-ci ildir ki, etmədiyi cinayətlərə görə həbsdədir. Onun yaşı 70-ə yaxınlaşır, səhhətində problemlər var. Sizə onun üçün müraciət edirik ki, bildiyimizə görə Novruz bayramı ərəfəsində Sizin tərəfinizdən növbəti əfv Fərmanı veriləcəyi gözlənilir. Ümidvarıq ki, Sizin humanistliyiniz sayəsində Zakir Nəsirov da əfv ediləcək, azadlığa, ailəsinə qovuşacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə