Onlar türkcə danışırlar

Dukhalar Monqolustanda 10 min ildir yaşayırlar
Şimali Monqolustanda yaşayan köçəri dukhaları araşdıran fotoqraf Hamid Sardar Afkhami onların gündəlik həyatlarının şəkilini çəkib. Dukhalar Monqolustanda 10 min ildir varlığını davam etdirir. Dukhalar şimal maralı yetişdirir və türkcə ilə eyni ailədən gələn bir dili danışır.
10 min il əvvəlki həyat tərzilərini qoruyan dukhaların inandıqları din isə şamanizmdir. Monqolustana Tuvadan gələn, ovlarını paylaşan, meşələrdən yemiş yığan, təbiətə uyğun yaşamları olan dukhalar, Sayan dağlarında yaşayan və nəsili sürətlə tükənən şimal marallarıyla birlikdə köçəri olaraq yaşayır. Harvard Universitetində çin-tibet dillərindən doktorluq müdafiə edən Sardar-Afkhami, dukha xalqının həyat tərzlərini kəşf edib və bir sənədli film də hazırladı.