Qadınları 65-70 yaşında belə ana olurlar
Pakistan və Hindistan sərhədində yaşayan Hunza türklərinin çox maraqlı bir xüsusiyyətləri var. Hun türklərinin törəmələri hesab olunan bu insanlar orta hesabla 120 il yaşayır.
Pakistanın Kəşmir şəhəri yaxınlığında məskunlaşan Hunza türklərinin bu qədər uzun yaşaması elm adamlarının diqqətini çəkib və onlar bu istiqamətdə araşdırma aparmaq qənaətinə gəliblər. Müsəlman olan bu xalq üçün orta yaş dövrü 65 sayılır. Hətta qadınlar 65-70 yaşında belə ana ola bilirlər. Orada 100 yaşında ölənlər gənc ölmüş hesab olunur. Hunza türklərinin növbəti maraqlı xüsusiyyəti isə onlarda xərçəng xəstəliyinə heç vaxt rast gəlinməməsidir. Hunzalarda hətta indiyə qədər digər xalqlarda tez-tez rast gəlinən digər xəstəliklər də müşahidə olunmayıb. Buna səbəb kimi onların dənizdən 6 min metr hündürlükdə, bol oksigen olan bir bölgədə məskunlaşmaları göstərilir.

Elm adamları hesab edirlər ki, hunzaların buz kimi su içib, öz əkdikləri məhsullardan yemələri onların sağlam qalmasını təmin edir. Hunza türklərinin ət və ədviyyatlı yeməkləri olduqca məşhurdur. Qeyd edək ki, coğrafi zərurətlər və iqlim dəyişiklikləri kimi səbəblərə görə, Sibir və bugünkü rus düzənliklərindən Orta Asiya çöllərinə endikləri zənn edilən türklər meşə ovçuluğundan köçəri çobançılığa keçid prosesi yaşayıblar.


Bugünkü Şərqi Türküstan, Monqolustan və Altay regionlarının qədim dövrlərdə və orta əsrin əvvəllərində türklərin ata-baba yurdu olduğu güman edilir. Bu sahə 1200 - 1400 metr arasında dəyişən bir ərazidir. Böyük çöküntülər və yüksəkliklərdən ibarət olan bu ərazidə Altay dağlarının hündürlüyü 4600 metrdən çoxdur. Ötüken yerləşdiyi ərazi 4000 metr həcmindədir. Cunqariya və Gobi səhranın yerləşdiyi bu sahəyə ildə 100 millimetrdən az yağış yağır. Elə bugünkü Şərqi Türküstan, Monqolustan və Altay bölgələrində illik yağıntının miqdarı 200 millimetri ötmür. Qışın soyuğu isə həddindən artıq şaxtalı olur. Daha dəqiq desək, temperatur mənfi 50 dərəcəyə qədər düşür. Hətta qış günlərinin əksəriyyətində torpaq qar altında qalır. Yayda isə hava çox isti olur, ya da pis keçən illərdə fırtına da görülə bilər. Bu bölgələrdən Çinə doğru gedən ərazilər və İrana doğru gedən ərazilər sonsuz çöllərlə və səhralarla örtülüdür. Altaya yaxın Sibir regionlarında isə tayqa iqlimi var. Bu sahədə qədim və və orta əsrlərdə yaşayan cəmiyyətlərdə iqtisadiyyatın təməli maldarlığa əsaslanıb. Geniş boş bir yerdə ən çox at və qoyun yetişdirilir. Bunlardan başqa, dəvə və inək da bəslənir. Qoyunun yunu əyilərək ip alınır və bundan xalça, kilim istehsal edilir. Andronova və Afanasyevo mədəniyyətinin qalıqlarına görə elm adamları xalçanın ana yurdu olaraq Orta Asiyanı göstəriblər. Xüsusilə də Orta Asiya əhalisinin əksəriyyətini təşkil edən köçəri cəmiyyətlərdə maldarlıq ön planda olub. Bu üzdən Orta Asiya çöllərində köçəri həyatı yaşayan insan icmaları yazlıq və qış sahələri müəyyən edərək müəyyən bir müddətdə köç ediblər. Onu da deyək ki, bozqırların həyatında tərəvəzə qarşı çox istək olmayıb. Südlü darı, pendir, qatıq Orta Asiya cəmiyyətlərinin əsas qida rasionunu təşkil edib. At və qoyun ətini gizlətmə ehtiyacı isə "ibtidai konserveçiliyin” inkişafına yol açıb. Köçəri icmalarda "yoncanın” və "darının” da olduqca əhəmiyyəti olub.



Məlumat üçün bildirək ki, Hunza vadisində yaşayan bu xalq Çinin ərazisində yerləşən Şərqi Türküstanla qonşudur. Özlərini "hunzakut” adlandıran bu türklər buruşo dilində danışdıqları üçün onlara buruşolar da deyilir. Hunza buruşo dilində ox mənasını verir. Bu dilin qonşu topluluqların hind-avropa mənşəli dillərlə heç bir əlaqəsi yoxdur. Buruşo dilinin Qafqaz mənşəli dillərlə əlaqəsi olduğunu söyləyənlər olsa da, bu fikir hələ öz təsdiqini tapmayıb. Hunzalar 9 yüz ildən artıq bir müddətdə müstəqil şəkildə yaşayıblar. Onlar türk adətlərinə uyğun olaraq "mir” adlandırdıqları rəislərin və onlara məsləhət verən 12 nəfərlik ağsaqqallar heyəti vasitəsilə idarə edilib. Hunzaların müstəqilliyi 1870-ci ilə, ingilis əsgərlərinin hücumuna qədər davam edib. İngilislər getdikdən sonra yenidən müstəqilliklərini bərpa edə biliblər. Lakin hunzalar 1974-cü ildə tamamilə Pakistan qanunlarına tabe olublar.