Onu axtarır: Yol kənarında tərk edilmiş körpəni əmizdirərək həyatını qurtarmışdı





Danimarkalı Maria Krisensen, 2012-ci ildə tətilə gəldiyi Türkiyədə yol kənarında tərk edilmiş vəziyyətdə tapdıqdan sonra əmizdirərək həyatını qurtardığı balaca Cerəni axtarır.
3 il əvvəl həyatını qurtardığı körpənin necə bir həyat sürdüyünü maraqlandığını ifadə edən Maria Kristensen, qəzetlərə elan verərək balaca Cerəni övladlıq əldə edən ailə ilə təmasa keçməyi düşündüyünü söylədi.
3 ildir  Cerəni düşündüyünü ifadə edən Maria Kristensen: "O günü heç unutmuram. Bir taksi ilə gedərkən yol kənarında tapdığım körpəni əmizdirərək həyatını qurtarmışdım. Sonra səlahiyyətlilərə təslim etdiyim körpəyə Cerən adının verildiyini və bir ailəyə övladlığa verildiyini öyrəndim.
O gündən bu günə Cerəni düşünürəm. O günlərdə mən hamilə idim. Yəni onu tapdıqdan sonra dünyaya gələn oğulum Mathiasdan bir neçə ay böyükdür. Onun necə bir həyatı olduğunu maraqlanıram. Övladlıq əldə edən ailə icazə versə görməyi çox istəyirəm. Ailəni tapmaq üçün qəzetlərə elan verəcəyəm" dedi.(milliyet.com)
Uşağı tapdığı tarixlərdə 25 yaşında və hamilə olduğunu ifadə edən Maria Kristensen indi 28 yaşında olduğunu ifadə edərək hər il yaz tətilini Türkiyədə keçirdiyini, bu il də atası ilə Türkiyəyə gedərək ailəni tapmaq üçün qəzetlərə elan verəcəyini söylədi. Maria Kristensen, körpənin anası ilə də maraqlandığını ifadə edərək:
"Tapdığım körpənin anası daha sonra tapıldı və uşağını yol kənarına tərk etdiyini etiraf etdi. Onunla da maraqlanıram. Bir gün Cerən böyüyər və taleyindən keçənləri öyrənmək istəsə, mən də bildiklərimi ona izah edə bilərəm. Bilirəm onu tapmağım, hekayəmiz bəlkə bir az komik, Amerikan filmlərinə bənzəyir" dedi.