Onu bu hala polis saldı!










  • ABŞ-ın  Corciya əyalətində bir evə  narkotik axtarışı iddiası ilə  basqın  zamanı SWAT güc qruplarının  atdığı səs bombası 19 aylıq körpənin beşiyinə düşdü. Hadisədə ağır yaralanan Bou adlı körpə xəstəxananın yanıq şöbəsində həkimlər tərəfindən süni komaya soxularaq müalicə altına alındı.

Atlanda şəhərində səhərə yaxın basqın zamanı  evdəki hər kəs yuxuda idi. SWAT Timinin təşkil etdiyi əməliyyatda evdə narkotikin tapılıb-tapılmadığı aydınlığa qovuşmadı.  Vətəndaşın mülkünə  giriş icazəsi çıxaran polisin, evdə narkotik və silahlar gizlədildiyinə  dair kəşfiyyat məlumatları olduğu açıqlandı.

Polis şefi etdiyi şərhdə bütün əməkdaşlarının yaşananlardan üzüldüyünü   və hadisənin bir qəza olduğunu söylədi.