ONUN CƏMİ BİR GÜNÜ QALIB… Qarabağ əlilinin yeganə övladı əlindən gedir
11:24 06.03.2016
Arxiv
786
MÜRACİƏT
Mən atayam. Gözümün ağı-qarası bir övladım var.
Yeniyetməliyim və gəncliyim Qarabağ döyüşlərində keçdi. İkinci qrup Qarabağ əliliyəm. İşsizəm və evsizəm. Bu azmış kimi Allah bircə balama olmazın dərdini də verdi. Bir ildir baş ağrılarından şikayət edən balamı ölkədə həkim qalmadı aparam. Hər kəs mədəsində və ya bağırsağında problemi var dedi. Hətta qan xərçəngindən ehtiyat etdiyim üçün onu bu testdən də keçirmişdim. Amma heç nəyi yox idi.
İki gün əvvəl qızım - 12 yaşlı Röyam qəflətən ağır duruma düşdü. Tomoqrafiyadan sonra "Başında böyük şiş var” dedilər. Həftənin birinci günü qızım Bakıda ağır əməliyyata girəcək.
Bu gün qızımın uzun saçları ilə sonuncu günüdür. Ata olaraq heç zaman saçlarının kəsilməsini istəməmişdim. Zaman-zaman qızım da saçlarını sevmişdi. Sabah onun o gözəl saçları da adı kimi yuxu olacaq.
Sabah əlinə top verib balamın başını aldadaraq saçlarını kəsəcəklər. Qızım mənə deyir: Ata əgər saçım uzanmasa, sizdən küsəcəm.
Balam üçün dua edin. Bizə kömək olun!
Manuel Məmmədov
(055) 2112991
Əziz həmvətənlər,
Təqdim etdiyimiz bu müraciət Azərbaycan torpaqları uğrunda döyüşmüş və sağlamlığını itirmiş bir kişinin Tanrının ona bəxş etdiyi yeganə balası ilə bağlıdır. Bu gün Manuelin övladı ölümlə çarpışır. Vəziyyəti çox ağırdır. Sabah – martın 7-də Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat olunacaq. Həkimlər müalicə üçün çox gecikdirildiyini deyirlər. Ona görə "Allaha pənah deyib” əməliyyata götürəcəklər.
Ata müraciətində yalnız "Balam üçün dua edin, bizə kömək edin” deyir. Amma durumları təsəvvür edilməyəcək qədər ağırdır. İndi zavallı ata təkcə gözünün ağı-qarası olan balasının hayında deyil, həm də onu necə əməliyyat etdirəcəyinin, həkimlərə nə verəcəyinin dərdi içində qıvrılır.
Mən ailə ilə əlaqə saxlamışam. Düşündüm ki, bu durumu hamıya çatdıraq, ictimailəşdirək.
Hörmətli həmkarlarımdan – media rəhbərlərindən istəyirəm ki, Röyaya öz dəstəyimizi göstərək.
Millət vəkillərinin, ictimai sektorun fəallarının bu məsələyə diqqət yetirmələrini xahiş edirəm.
Amma ən başda Azərbaycan dövləti – onun Səhiyyə Nazirliyi öz vətəndaşının taleyinə biganə qalmamalı, sahib çıxmalıdır.
Bizdə ianə toplanması kimi sosial təşəbbüslər o qədər də uğurlu və yetərli alınmır. Tək, buna ümid etmək olmaz. Ona görə də, dövlət qurumları bu məsələni öz üzərinə götürməlidirlər.
Həmçinin, Röyanı əməliyyat edəcək həkimlər həyatlarında heç olmasa bir dəfə istisnaya yol versinlər. Röyanın əməliyyatı üçün ödəniləcək vəsaiti onlar nəyə və necə xərcləyə biləcəklər…
Vaxt çox azdır. Bu müddətdə, kim hansı formada Röyanın hayına hay verə bilsə, müraciətdə qeyd olunan nömrə ilə, həmçinin bizimlə əlaqə saxlaya bilər.
Aqil CAMAL
TURKUSTAN.info
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou