"İlk növbədə tələb olunan səviyyədə idarəetmə bacarığına malik olan direktorlar hazırladıqdan sonra bu yeniliyi tətbiq etmək lazımdır. Əks halda, ciddi problemlər yarada bilər"
Orta məktəblərin birbaşa pullu edilməsi mümkün deyil
"Dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər"
"İlk növbədə tələb olunan səviyyədə idarəetmə bacarığına malik olan direktorlar hazırladıqdan sonra bu yeniliyi tətbiq etmək lazımdır. Əks halda, ciddi problemlər yarada bilər"
"İlk növbədə tələb olunan səviyyədə idarəetmə bacarığına malik olan direktorlar hazırladıqdan sonra bu yeniliyi tətbiq etmək lazımdır. Əks halda, ciddi problemlər yarada bilər"
Ölkəmizdə bəzi məktəblərə pullu xidmətlər göstərmək hüququ verilib. Bu barədə Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edib.
Yeni dəyişikliyə əsasən "Təhsil haqqında” qanuna uyğun olaraq, dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər.
Azərbaycanda ali təhsil müəssisələrinə həmçinin orta ixtisas təhsili vermək hüququ da verilib. Nazirlər Kabinetinin "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişikliyə əsasən, ali təhsil müəssisəsi "Təhsil haqqında” qanuna uyğun olaraq ali, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. Ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində təsisçinin razılığı ilə orta ixtisas təhsili həyata keçirilə bilər.
Lakin dəyişikliklərin hansı formada həyata keçiriləcəyi və nə kimi təsirləri olacağı sual altındadır. Məlumdur ki, ölkəmizdəki dövlət məktəblərində təhsil pulsuz verilir. Məktəblərin pullu xidmət göstərməsi ilə bağlı yeni mexanizmin hazırlanması isə olduqca maraq doğurur.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən 4500 orta məktəbin hər biri dövlət büdcəsinin vəsaiti hesabına işləyir. Onların əlavə maliyyə dəstəyi və maliyyələşdirilməsi yoxdur. Burda maliyyələşmə təkcə valideynlərin ödəniş etməsi kimi nəzərdə tutulmur:
"Bilirsiz ki, 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, dövlət pulsuz təhsil verməyi öz üzərinə götürüb. Burda tamam başqa formada maliyyələşmədən söhbət gedir. Yəni hər bir məktəb xidmət göstərməlidir. Bu gün təkcə Bakı şəhəri üzrə 700-dən çox hazırlıq kursu, tədris mərkəzi və sayı heç də 10 mindən az olmayan repetitor xidməti fəaliyyət göstərir. Bunlar heç bir mənbədən maliyyələşdirilmir, göstərilən xidmətlərə görə həm öz xərclərini ödəyirlər, həm də gəlir əldə edirlər. Bilirsiz, hər bir məktəbin böyük məbləğdə gəlir əldə etmək imkanı var. Əlbəttə ki, qanuni əsaslarla. Daha indi bir çox məktəb direktorunun qeyri-qanuni yolla məktəbliləri dərsdən buraxmaq, onlara yüksək qiymət yazmaq yolu ilə yox. Məktəbin binası və infrastrukturunu dərsdən sonra geniş şəkildə istifadə etmək olar. Belə ki, məktəbdə rəqs dərsləri, şahmat dərsləri keçirmək mümkündür. Bununla yanaşı, rəsm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq üçün şərait yaratmaqla məktəb bu xidmətlərdən gəlir əldə edə bilər. Bundan başqa, məktəb qrant layihələri, tender və müsabiqələrdə iştirak etməklə öz gəlirini artırmaq imkanına malikdir. 2011-ci ildə Nazirlər Kabineti tərəfindən bununla bağlı hüquqi tənzimləmə üçün qanunvericiliklə müəyyən edilmiş qaydalar hazırlanıb. Məktəb rəhbərliyi öz kontingentindən istifadə etməklə məktəbdə treninqlər, təlimlər keçirə bilər ki, bundan da böyük həcmdə vəsaitin əldə edilməsi mümkündür. Əlbəttə ki, yox. Çünki qanunvericilik aktlarına görə, dövlət minimum təhsil verməyə borcludur”.
Ekspert bildirib ki, orta məktəblər dərsdən sonra ödənişli təhsil xidmətləri göstərə bilərlər ki, bu zaman valideynlər könüllü olaraq ödəniş edə bilərlər:
"Amma birbaşa orta məktəblərin pullu olması mümkün deyil. Hazırda orta məktəblərdə bir sıra ödənişli proqramlar tətbiq edilir. Hesab edirəm ki, bu dəyişikliklərdən sonra məktəblərin publik hüquqi şəxsə çevrilməsini də görə biləcəyik. Lakin etiraf edək ki, həyata keçirilən dəyişikliklərə uyğun olaraq orta məktəblərdə idarəçiliyi təşkil edəcək mütəxəssislər demək olar ki, yoxdur. Hesab edirəm ki, ilk növbədə tələb olunan səviyyədə idarəetmə bacarığına malik olan direktorlar hazırladıqdan sonra bu yeniliyi tətbiq etmək lazımdır. Əks halda, ciddi problemlər yarada bilər”.
K.Əsədov Nazirlər Kabineti tərəfindən ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə orta ixtisas təhsili vermək hüququnun verilməsini əks etdirən dəyişikliyin labüd olduğunu da vurğuladı:
"Azərbaycanda universitetlərin nəzdində 2 illik subbakalavr pilləsinin yaradılması "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb. Hesab edirəm ki, bu addım gənclərin orta ixtisas təhsili ilə əhatə olunma səviyyəsini artıra bilər. Bilirsiz ki, bakalavr pilləsi 4 ildir, amma subbakalavr pilləsi 2 il, 2 il yarım. Vacib məqam ondan ibarətdir ki, bakalavr pilləsinin proqramlarında saatların sayı çoxdur və ixtisasa uyğun olaraq proqramlar daha geniş şəkildə tədris olunur. Bundan əlavə, onların özünün ayrıca tədris planı var ki, bakalavr proqramlarının yerinə yetirilməsi nəzərdə tutulur. Həmçinin, bu, tədris planında öz əksini tapır. Subbakalavrda orta ixtisas səviyyəsi olduğu üçün, burada daha yüksək ixtisaslı kadr deyil, sadəcə, müəyyən ixtisaslı kadr hazırlanması nəzərdə tutulur. Burada fənlərin sayında, ona ayrılan saatlarda da fərq ola bilər. Eyni zamanda, nəzəri materialların tətbiqi, praktiki təcrübə məsələlərində fərq ola bilər. Bakalavr pilləsi magistraturaya qəbulla bağlı tam səlahiyyət verir. Ancaq subbakalavr buna imkan vermir. Subbakalavr bakalavrın 3-cü kursuna daxil olub onu bitirəndən sonra magistraturaya girə bilir. Subbakalavrın nəzərdə tutulması ehtiyac olan ixtisaslar üzrə çevik kadr hazırlanması ilə bağlıdır. Haradakı ehtiyac var, ora çevik kadr hazırlanmalıdır. Kadr işləyə-işləyə bakalavrın 3-cü kursuna qəbul olunub oranı tamamlaya bilər. Yəni bu bir pillədir, keçid mərhələsidir ki, arada ondan istifadə etmək olar. Ona görə subbakalavr nəzərdə tutulub.
Bilirsiz ki, "Təhsil haqqında" qanuna edilmiş dəyişikliyə görə, 2019-cu ildən kollec məzunları bitirdiyi ixtisaslar üzrə müsabiqədən kənar ali məktəblərə qəbul ola biləcəklər.
Müvafiq dəyişiklik məhz ali təhsil müəssisələrinin özlərinin aşağı pillədən kadr hazırlığını formalaşdırmağa imkan verəcək. Fikrimcə, bu, təhsilin inkişafı üzrə dövlət strategiyasında nəzərdə tutulan təhsilin əlçatımlılığı prinsipinin reallaşmasına xidmət edir. Qəbul edilən dəyişiklik eyni zamanda universitetlərin əlavə qazanc, maliyyə əldə etməsinə gətirib çıxaracaq ki, bu da ali təhsil müəssisələrinin infrastrukturlarının genişlənməsinə, inkişaf etməsinə səbəb olacaq".
Yeganə Bayramova