Türkiyənin Ərzurum vilayətinin Horasan rayonunda yaşayan Hacı Kırmaç 70 ildir bığlarını uzadır. 5 övladı və 43 nəvəsi olan Kırmaç uzun bığlarına görə “Horasanlı Pala” ləqəbi ilə tanınır.
Sherg.az xəbər verir ki, 80 yaşdan yuxarı olduğu bildirilən Kırmaçın bığları vaxtilə 1,5 metrə qədər uzanıb. Hazırda isə bığlarının uzunluğu bir metrdən çoxdur.

Kırmaç bığlarına xüsusi qulluq etdiyini, lakin bunun sirrini heç kimə açmadığını deyir: “Baxım sirrimi demərəm, rəqiblərim var.”
O, yaşını və istifadə etdiyi qulluq vasitələrini də açıqlamır.
70 ildir bərbərlik edən Kırmaç bığlarını uzatmaqdan vaz keçmək niyyətində deyil. Onun sözlərinə görə, uzun bığ saxlamaq istəyənlər çoxdur, lakin buna qulluq etmək olduqca çətindir.

Kırmaçın oğlu Məhəmməd isə atasının xüsusilə uşaqlar tərəfindən böyük maraqla qarşılandığını bildirib. O, atasının Həcc ziyarətinə gedəcəyi təqdirdə bığlarını Allah yolunda kəsəcəyini söylədiyini də qeyd edib.