Orxan Məmmədov: Gələn il Bakıda ilk "Kiçik və Orta Biznes Evi" açılacaq
10:50 29.11.2018
Arxiv
654
2019-cu ildə Bakıda ilk "Kiçik və Orta Biznes Evi"nin açılması planlaşdırılır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
O bildirib ki, "Kiçik və Orta Biznes evləri"nin yaradılması ilə bağlı işlər davam etdirilir:
"Yaxın günlərdə Xaçmaz və Siyəzəndə "KOB Dostu” mərkəzlərinin açılışı gözlənilir".
Qeyd edək ki, "KOB Dostu” əsasən regionlarda sahibkarlarla sıx işləyən və onlara hərtərəfli dəstək göstərən mexanizmdir. "KOB evləri” isə Azərbaycanın yeni milli brendi olaraq "bir pəncərə prinsipi” ilə fəaliyyət göstərəcək, burada kiçik və orta biznesə 30-dan çox dövlət qurumunun 100-dən artıq xidmətləri göstəriləcək.
KOB İnkişaf Fondları xarici və yerli investorlar üçün uğurlu maliyyələşmə mexanizmləri yaradacaq, KOB-ların və startapların biznes təşəbbüslərini dəstəkləyəcək. KOB klasterlərinin yaradılması prosesində qabaqcıl beynəlxalq təcrübə tətbiq olunmaqla sahibkarlar üçün güzəştlər və dövlət dəstəyi mexanizmləri müəyyənləşdiriləcək. KOB İnkişaf Mərkəzləri sahibkarların bilik və bacarıqlarının artırılmasına, biznes ideyalarının dəstəklənməsinə, maliyyə resurslarına çıxışın asanlaşdırılmasına xidmət edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Novaya qazeta" onlayn nəşri xarici agent elan edilib
18:37 04.09.2026
Media
Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
18:25 04.09.2026
Region
Bakıda yeni metro stansiyanın adı "20 Sentyabr" olacaq
18:04 04.09.2026
İnfrastruktur
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
17:42 04.09.2026
Gündəm
M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
16:37 04.09.2026
İnfrastruktur
Bəzi ərazilərə yağış yağacaq
16:30 04.09.2026
Ekologiya
Yusif Dursunov Avropa çempionu olaraq adını tarixə yazdırdı -FOTO
16:02 04.09.2026
İdman
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya