“Özünü doğrultmayan deputatın taleyini...”
19:08 06.10.2015
Arxiv
374
Zahid Oruc: “Yaxşı olar ki, növbəti seçkidə seçici həll etsin”
Ukraynanın Ali Radasında hazırlanan yeni qanun layihəsinə görə, parlamentin iclaslarında 3 dəfə iştirak etməyən deputatların mandatı ləğv ediləcək.
Artıq Ukrayna Prezidenti Petro Poroşenko da məsələyə münasibət bildirib. Prezident deyib ki, xalqın seçdiyi deputatlar hər gün qanunun yaradılması və qorunması üçün işləməlidirlər. Plenar iclaslarda iştirak etməməyə görə isə ən sərt formada cəzalanmalıdırlar. Poroşenkoya görə, hər kəs öz yerində oturarsa, heç bir "düyməbasma”ya da ehtiyac qalmaz. Məlumat üçün deyək ki, Ukrayna ilə yanaşı, qonşu Gürcüstanda da parlament iclaslarından yayınan deputatları cəzalandırmaq üçün təklif irəli sürülüb. Belə ki, deputatlar üzrsüz səbəbdən iştirak etmədikləri hər iclasa görə əmək haqqının 10 faizini itirəcəklər. Onların iclaslarda iştirak etməmələri yalnız qanuni ezamiyyət və ya xəstəliklə əlaqədar olduqda üzrlü sayılacaq. Xəstəlik səbəbindən iclasa gəlməyən deputat isə bununla əlaqədar parlament rəhbərliyinə müvafiq sənəd təqdim etməlidir. Görəsən, davamiyyətin tez-tez pozulduğu Azərbaycan parlamentində deputatlarımız belə bir qanun layihəsi hazırlayıb qəbuluna səs verərlərmi?
Məsələni şərh edən millət vəkili Zahid Oruc deyib ki, Ali Rada xeyli məsələlərdə yeniliklər etməyə çalışır. Ancaq bu məsələnin qanunvericilik normasına çevrilib-çevrilməyəcəyini demək çətindir: "Mən düşünmürəm ki, bu üsul ən optimal çıxış yoludur. Deputatların davamiyyət məsələsi daxili nizamnamə ilə təsdiqlənir və orada qeyd olunur ki, millət vəkillərinin plenar və komitə iclaslarında iştirakı onların qanunvericilik prosesinə töhfəsidir. Məsələyə başqa prizmadan baxmaq lazımdır. Parlamentdə 10 illər ərzində daimi iştirak edən deputatlar var. Ancaq iclaslarda daimi intizam göstərmək intellektual və hüquqi cəhətdən qanunlara və proseslərə töhfə vermək anlamına gəlmir. Belə demək mümkündürsə, həmin deputatlar intizamlı tələbələrdir. Amma baxaq görək, reallıqda onların faydalı iş əmsalı nə qədər yüksəkdir? İctimai-siyasi həyatda baş verən prosesləri nə dərəcədə Milli Məclisin kürsüsünə daşıya bilirlər? Biz bu suallara cavab verəndə görürük ki, mexaniki davamiyyətin tələb olunması arzu etdiyimiz nəticəyə gətirib çıxartmır. Məsələnin başqa önəmli nöqtəsi də var. Bunu xüsusi vurğulamaq lazımdır. Seçkili institutlarda geriyə çağırma mexanizmləri olmamalıdır. Çünki əks halda həmin qurum demokratik qaydada işləyə bilməz. Yaxşı olar ki, özünü doğrultmayan deputatın taleyini növbəti seçkidə seçicilər həll etsin”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya