Özünü xəstəxananın pəncərəsindən atdı - Sumqayıtda faciə





Sumqayıt Şəhər Xəstəxanasında intihar qeydə alınıb.
 qafqazinfo-nun məlumatına görə, bu barədə Sumqayıt Şəhər Polis Şöbəsindən xəbər verilib. Hadisə təxminən 1 saat əvvəl baş verib.
Xəstəxanada stasionar olaraq müalicə alan yaşlı qadın özünü xəstəxananın 4-cü mərtəbəsinin pəncərəsindən atıb. Qadın elə yerindəcə keçinib. Onun şəkər xəstəsi olduğu qeyd edilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, faktla bağlı araşdırma aparılır. Qadının kimliyi müəyyənləşdirilir.