PA şöbə müdiri: "Ermənistan tərəfi danışıqlar prosesinə ciddi zərbələr vurur"
08:12 17.09.2019
Arxiv
530
"Belə bir fikir var ki, BMT Baş Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində bir görüş keçirilsin. Biz bunu daha çox görüş adlandırırıq. Çünki gördüyümüz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinə ciddi zərbələr vurulur, danışıqlar prosesinin pozulması istiqamətində provokativ addımlar atılır".
APA -nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşünü şərh edərkən deyib.
H.Hacıyev əmin olduğunu bildirib ki, qarşıdan gələn bu görüşdə Azərbaycan tərəfinin mövqeyi həmsədrlərə də, Ermənistan tərəfinə də çatdırılacaq: "Xüsusən Ermənistan tərəfinin səsləndirdiyi destruktiv açıqlamalar fonunda..."
Görüşün tarixinin hələlik açıqlanmadığını qeyd edən şöbə müdiri bildirib ki, tərəflər qarşılıqlı şəkildə razılaşdırdıqdan sonra Xarici İşlər Nazirliyi səviyyəsində görüş barədə ictimaiyyətə məlumat verəcək.
Ermənistan rəhbərliyinin son bəyanatları ilə bağlı isə H. Hacıyev qeyd edib ki, Ermənistan tərəfindən o qədər qeyri-ciddi, o qədər əsası olmayan, cəfəng açıqlamalar səsləndirilir ki, bəzən bu açıqlamalara şərh verməyə belə ehtiyac qalmır.
Lent.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou