“Pambıqçılığın inkişafı əhalinin işlə təminatına müsbət təsir edəcək"
16:12 28.03.2017
Arxiv
577
"Pambıqçılığın inkişafı həm yüngül sənaye məsulları üçün xammal bazasıdır, həm də əhalinin işlə təmin olunmasına müsbət təsir edəcək”.
Bunu Sherg.az-a Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsinin əhəmiyyətini şərh edərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, qeyri-neft sahəsinin canlanması hazırda prioritet istiqamətlərdən olduğuna görə pambıqçılıq sahəsinə də xüsusi diqqət ayrılır:
"Eyni zamanda ixrac qabiliyyətinə malik olan sahə kimi pambıq istehsalı xüsusi qiymətləndirilir. Azərbaycanın təxminən 1 milyard dollar qeyri-neft sahəsi üzrə ixracatı var. Bunun 70 faizi isə məhz kənd təsərrüfatı sahəsinin payına düşür. Buna görə də, kənd təsərrüfatının və bu sahə üçün ənənəvi olan bir çox istiqamətlərin inkişafı hazırda başlıca məsələlərdəndir.
Buna görə pambıqçılıq Azərbaycan üçün həm yerli bazanın formalaşması, həm də məşğulluğun təmin edilməsi baxımından əlverişlidir. Pambıqçılıq subsidiya tələb edən sahədir. Bəzi ölkələrdə bu sahəyə büdcədən subsidiyalar ayrılır. Məsələn, ABŞ il ərzində pambıqçılıq sahəsinə 3 milyard dollardan artıq subsidiya ayırır. Azərbaycanda da pambıqçılıq dövlət tərəfindən maliyyələşdirilən sahələrdən biridir”.
Pambıqçılıqda daha çox işçi qüvvəsinə ehtiyac olduğunu diqqətə çatdıran V. Bayramov deyib ki, bu səbəbdən məşğulluğun təmin edilməsinə pambıqçılıq aqrar sahənin digər növləri ilə müqayisədə daha artıq töhfə verəcək:
"Bütün bunları nəzərə aldıqda pambıqçılığın Azərbaycan üçün əhəmiyyətli tərəflərini qeyd edə bilərik. Növbəti illərdə bu sahədə istehsalın artırılıb, 200 min tona çatdırılması əsas hədəflərdəndir”.
Qeyd edək ki, Müşavirədə çıxış edən prezident İlham Əliyev bu il 22 rayonda pambıq əkiləcəyini söyləyib. Ölkə başçısı bildirib ki, əkin sahələri 136 min hektar təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 3 dəfə çoxdur. Növbəti illərdə əkin sahələrinin genişləndirilməsi vacibdir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi
Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu
17:01 30.09.2026
Gündəm
MDB xarici işlər nazirləri Şurasının iclası keçiriləcək
16:58 30.09.2026
Gündəm