Panik atak insana boğulma verə bilər

“Beynəlxalq təsnifatda konkret olaraq bu hal psixoloji pozuntu kimi qəbul olunur”
“Müalicə protokolunda qeyd edilir, panik atak olan insanlara dərman müdaxiləsi və mütləq şəkildə psixoloq dəstəyi vacibdir”


Həyəcan, qorxu, təşviş, stress və gərginlDepressiyalı xəstələrdə panik atak təhlükəsi daha çox olur. Panik atakdan şikayət edənlərdə heç bir patalogiya aşkar edilmir və çox vaxt həmin nəticələrə inanmayaraq başqa həkimə üz tuturlar. Bununla yanaşı, panik pozuntu adlanan nevroz forması da var, yəni hər an panikaya düşəcəyini gözləyirsən, başqa sözlə, panikadan panika yaranır. Bu, daha çox müxtəlif fobiyalar zamanı baş verir”.

Həkim-psixoterapevtin sözlərinə görə, həmin hallar zamanı təşvişə düşmək lazım deyil: "Panik atak baş verəndə sakit və rahat yerdə oturmaq lazımdır. Həmin vaxt başını hündür yerə söykəyib uzanmaq da olar. Yaxın və doğma adamların əhatəsində olmaq daha yaxşıdır. Lakin ən başlıcası əmin olmaq lazımdır ki, bu hal tezliklə ötüb keçəcək. Həmin hal ötüşəndən sonra psixoterapevtə müraciət etmək lazımdır”.

Bəs psixoloqlar bu barədə nə düşünür?

Psixoloq Elnur Rüstəmov "Şərq”ə açıqlamasında panik atakın nevroz qrupuna daxil olduğunu və psixoloji pozuntu kimi qəbul edildiyini bildirib:

 "Elə situasiyalar var ki, ona hər bir insan müxtəlif formalarda yanaşa və münasibət göstərə bilər. Panik atakın beynəlxalq təsnifatda konkret kodu var. Bura psixoloji, travmatik stress pozuntusu daxildir. Beynəlxalq təsnifatda konkret olaraq bu hal psixoloji pozuntu kimi qəbul olunur. Müalicə protokolunda isə qeyd edilir, panik atak olan insanlara dərman müdaxiləsi və mütləq şəkildə psixoloq dəstəyi vacibdir. 

Panik atak xəstəlik simptomları olaraq insana boğulma verə bilər. Həmçinin qapalı məkana girməkdə çətinlik çəkmək, zaman keçdikcə özlərində müxtəlif xəstəlik axtarmaq kimi narahatçılıqlar panik atak insanlarda özünü bürüzə verir.
Qeyd edirlər ki, hər bir insan özünün psixoloqu olmalıdır. Etiraf edək ki, hər şey insanın öz əlində deyil. Bəzən elə məqamlar olur ki, mütləq şəkildə həmin şəxsə mütəxəssis dəstəyi lazımdır. Psixoloq dəstəyi olduğu təqdirdə tez bir zamanda həmin şəxslər narahatçılıqdan qurtulurlar. Əgər işləyirsə, işinə qayıdır və ya ailə mühitindəki münasibətlər normallaşır. Yəni dolayısı ilə insan öz həyatını doya-doya yaşayır”.

Psixoloq Azad İsazadə isə panik atakın şərti bir termin olduğunu deyib: 

"Panik atakın xəstəlik kimi diaqnozu yoxdur. Bu daha çox simptomdur və hansısa xəstəliyin tərkibində özünü göstərə bilər. Bəzən xəstəlik başlamayıbsa, hansısa sosial vəziyyətdə, təyyarədə və ya məruzə qabağı konfransda adam çox olduğu zaman panik atak yarana bilər. Xəstəliyin çərçivəsində də panik ataka rast gəlmək olur. Nevrozlarda, fobik və həyəcan nevrozlarında panik ataka bir simptom kimi rastlamaq olar. Panik atak daha müasir bir termindir. Azərbaycanda bu termindən 15 ildir ki, istifadə olunur. Elə insan var ki, illərlə panik atak keçirmir, çünki sosial vəziyyətdə böyük bir dəyişikliklər olmur. İnsan da var ki, ömrü boyu metroya minmir, çünki qorxur. Deməli, onda panik ataklar olmur, yox əgər metroya düşsə, onda panik atak yaranacaq. Çünki onda metro fobiyası var”.

Yeganə Bayramova