Quru sərhədi açın, vergini 4 dəfə endirin, hər uşağa 100 manat...- Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli ölkədə iqtisadi narahatlığın aradan qaldırılması və inkişafın dəstəklənməsi üçün 5 təklif irəli sürüb.

Sherg.az xəbər verir ki, iqtisadçı bu təklifini sosial şəbəkədə yayıb.

Natiq Cəfərli təkliflərini belə təqdim edib:

“1. Quru səhədlərin açılması, sərhədyanı ticarətin canlandırılması:

2. Kiçik-orta sahibkarlar üçün ƏDV-yə düşməyən dövriyyənin 1 milyon manata qaldırılması, Bakı və Abşeronda dövriyyədən cəmi 4%, regionlarda isə 2%-lik vergi sisteminin tədbiqi, digər bütün ödənişlərin (DSMF xaric) ləğv edilməsi və paralel olaraq dövlət vəsaiti hesabına aqrar və investisiya bankının təsis edilməsi – fermerlərə və istehsalla, xidmətlə birbaşa məşğul olub əlavə dəyər və iş yerləri yaradan sahibkarlara simvolik olaraq 2%-lə kreditlərin verilməsi (kreditlər ancaq kiçik-orta sahibkarlığı əhatə etməlidir);

3. Müxtəlif proqramlarla ölkədə 500 minə yaxın uşağa müavinatlar verilir, onların birləşdirilərək böyük və pilləli proqramın qəbulu, ikinci uşaqdan başlayaraq hər bir övlad üçün 100 manat dövlət dəstəyinin qəbul edilməsi;

4. Aşırı tənzimləmə üçün nəzərdə tutulan bir çox dövlət-hökumət qurumlarının ləğvi və ya səlahiyyətlərinin kəskin azaldılması, onların məsləhətçi orqanlara çevrilməsi;

5. DSMF-də vətəndaşların yığım kapitalına çıxış imkanlarını təmin etmək üçün qanunlara dəyişikliklərin edilməsi”.

Ekspertin fikrincə, bu addımlar ölkəmizin iqtisadi daralma burulğanından çıxmasına yardımçı olar.