Parlamentdə Bakının tıxac problemindən danışıldı: "Nəqliyyat idarə olunur, amma intellekti görmürük"



Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa yenidən Bakının tıxac problemindən danışıb. Sherg.az-ın xəbərinə görə, deputat deyib ki, paytaxtda tıxac günün aktual problemidir: 

"Biz bunu niyə həll etmirik? Minlərlə insan yollarda qalır, işə, məktəbə gecikir. Nəqliyyatın İntellektual İdarə edilməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Bu gün nəqliyyat idarə olunur, amma intellekti görmürük".

F.Mustafa qeyd edib ki, şəhərdə tıxacı yaradan avtobuslardır: 

"Demək olar ki, avtobuslar bütün yolu tuturlar. Bir azca da yağış yağan kimi hərəkət iflic olur. Əgər mütəxxəsis yoxdursa, xaricdən gətirək. Amma bu məsələ həll olunmalıdır. İnsanların vaxtı, əsəbi gedir yollarda”.
Anar