Parlamentdə Minsk Qrupundan imtinaya çağırış: "Danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılmalıdır"



Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni format yaradılmasını təklif edib.

Sherg.az xəbər verir ki, deputatın sözlərinə görə, ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur:

"Bu, bir qədər səs-küylü bəyanat ola bilər. Amma buna cəmiyyət, dövlət qərar verməlidir. Danışıqlar birbaşa Ermənistan və Azərbaycan rəhbərliyi arasında aparılmalıdır. Bunun üçnü danışıqlar komissiyası formalaşdırmaq olar ki, işin praktiki, texniki tərəflərini hazırlasın. Gələcəkdə bu görüşlərə Dağlıq Qarabağ icmalarının nümayəndələri də cəlb edilə bilər. Beynəlxalq dairələrin bu məsələyə qarışmış əllərini bir qədər neytrallaşdırmaq və danışıqlar aparmaq mümkün olsun. Bunun nəticəsinə daha çox inamlı yanaşıram, nəinki ATƏT-in Minsk Qrupuna”.
Anar