"Partlayışda ölən qız Azərbaycan vətəndaşı deyil" - BAŞ KONSUL




Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.

Sherg.az bildrir ki, bu barədə trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.

S.Qasımov bildirib: "Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı".
Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş terror aktı nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, 45 nəfər xəstəxanaya yerləşdirilib.