“Paşinyanın təcrübəsi, rəhbərlik və liderlik cəhətləri, uzaqgörənliyi yoxdur" - Şərh
14:16 26.12.2018
Arxiv
388
"Paşinyan siyasətçi deyil, sadəcə xarici dövlətlərin hakimiyyətə gətirdiyi bir marionet fiqurdur”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib.
Analitik bildirib ki, baş verən etirazlar Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın okeanın o tayında hazırlanmış "küçə inqilabı” nəticəsində hakimiyyətə gəlişinin 8-ci ayına təsədüf edir:
"Paşinyanın təcrübəsi, rəhbərlik və liderlik cəhətləri, uzaqgörənliyi yoxdur. Ona görə də gələcəyi görə bilmir. Belə adamlara siyasətdə yer yoxdur. Məlum məsələdir ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarına insanları zorla, Suriyadan və digər dövlətlərdən gətiriblər. Hər dəfə də onlara vədlər veriblər. Ancaq orada yaşayan ermənilərin güzaranı gündən-günə pisləşib. Sosial şəraiti dözülməz olan, təhlükə altında yaşayan ermənilərin əvvəl-axır baş qaldıracağına şübhə yox idi. Əslində etirazların bu qədər gecikməsi təəccüblüdür. Məncə, belə etirazlar əvvəllər də çox olub, sadəcə rejim onları ört-basdır edib, mediaya çıxmasına imkan yaratmayıb”.
Ekspertin fikrincə, sıravi ermənilər, sadə vətandaşlar yaxşı bilirlər ki, işğal olunmuş torpaqlar Azərbaycanındır. Ona görə də zəbt olunmuş yad torpaqda erməniləri uzun müddət saxlamaq çox çətin başa gəlir:
"Mətbuatda çox yazılıb ki, işğal olunmuş torpaqlarda infrastruktur sıfır səviyyəsindən də aşağıdır. Birincisi, orada infrastruktur qurmağa İrəvan hökumətinin və separatçıların gücü çatmaz. Kasıb, dağılmış, dünya ölkələrdən pul dilənən Ermənistan hansısa infrastruktura pul yatırmaq iqtiranda deyil. Hətta imkanları olsa belə yenə də etməzlər. Çünki xaricdən idarə olunan xunta çox gözəl bilir ki, gec-tez torpaqlar işğaldan azad olunacaq”.
A.İmanov bəyan edib ki, Paşinyanın 8 ayını ermənilər özləri şərh edirlər:
"Paşinyanın hakimiyyətdən kənarlaşdırdığı Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov ölkədəki vəziyyəti şərh edib. Bu haqda "Facebook”dakı səhifəsində yazıb. Bəzi seçmələri təqdim edirəm: - İlk dəfə olaraq Ermənistan MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postundan məhrum oldu.
İlk dəfə olaraq Ermənistanın minlərlə vətəndaşı Yeni İli işsiz statusunda qarşılayacaq. Ermənistanın sabiq prezidenti həbs olundu. Dağlıq Qarabağ məsələsi Ermənistanda hakimiyyəti ələ keçirməklə müqayisədə önəmsiz oldu. Parlamentdə real müxalifət olmayacaq.
Eçmiədzindəki Erməni Apostol Kilsəsinin Dəftərxanasına hücum baş verdi. Bütün ermənilərin Katolikosuna hücum edildi. İlk dəfə homoseksuallar polisə hücum etdilər. Dövlətin real başçısı xalqını qaralara və ağlara böldü. Bütün bunlar cəmi 8 ay ərzində baş verib”. Əlavə geniş şərhə ehtiyac duymuram...”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm