Pendirdən olub: Böyrəyindən 420 daş çıxarıldı







Çinin Jinhua şəhərində yaşayan 55 yaşlı Hi Dong adlı bir adam, şiddətli qarın ağrısı şikayətiylə müraciət etdiyi xəstəxanada təcili olaraq əməliyyata alındı. Tomoqrafiyası çəkilən adamın qarın bölgəsi, böyrək yerinə sanki bir daş kütləsiylə dolu idi. Təcili olaraq əməliyyata alınan Dongun böyrəyindən, irili xırdalı tam 420 daş çıxarıldı.
Qidalanma vərdişini izah etməsindən sonra, Uzaq Şərqə xas Tofu pendirini həddindən artıq yediyindən qaynaqlandığı təxmin edilən yüzlərlə böyrək daşının alınması üçün Çinli adamın,  xəstəxanada 2 saat bıçaq altında qalması gərək idi.
Dongun əməliyyatına girən həkim Wei Yubin, hadisəni, "Tofu pendiri kimi soya məhsullarında yüksək miqdarda kalsium var və bu həddindən artıq kalsium, kifayət qədər su istehlak edilmədiyində bədəndən başqa cür atıla bilməməkdədir" deyə danışıb. Su içməyi sevmədiyini və həddindən artıq miqdarda Tofu pendiri istehlak etdiyini ifadə edən Çinli adama həkimləri tərəfindən, qidalanma vərdişini dəyişdirməsi tövsiyə olunub.