Pensiyaçılar üçün iş stajı aradan qaldırılır?
15:58 02.03.2017
Arxiv
1972
""Əmək pensiyası haqqında” qanuna ediləcək dəyişiklik pensiyaçıların xeyrinə olacaq”.
Bunu Sherg.az-a "Əmək pensiyası haqqında” qanuna təklif edilən dəyişiklikləri şərh edərkən iqtisadçı-ekspert Oqtay Haqverdiyev deyib.
O bildirib ki, ediləcək dəyişikliklərin məqsədi pensiyaçılar üçün iş stajının aradan qaldırılmasıdır:
"Azərbaycanda büdcədən 1,4 milyarda yaxın pul Sosial Müdafiə Fonduna transfer olunur. Pensiyaçıların sayı isə ildən ilə artır. Onlara hər il büdcədən bu qədər vəsait ayırmaq bir qədər çətinlik yaradırdı. Hazırda konkret qərar qəbul olunmayıb amma təsdiqlənəcək. Əmək pensiyasının baza hissəsinin restrukturizasiyası, yəni onun sığorta hissəsinə birləşdirilməsi ona görə edilir ki, pensiya hesablananda artıq staj məsələsi o qədər də önəmli olmasın. Pensiyalar hesablananda onun əsas məqamları staja görə deyil, ümumiyyətlə,pensiyadan yığdığı vəsaitə görə müəyyənləşəcək. Qərarın icrası mexanizmi artıq qüvvəyə mindikdən sonra müəyyən olunacaq. Nazirlər Kabinetinin qərarı qüvvəyə mindikdən sonra qanuna görə islahatlar aparılacaq. Bütün qəbul olunan qanunlarda olduğu kimi pensiya haqqında qanunda da dəyişikliklər təsdiq olunub və sonradan onun həyata keçirilməsi üçün qaydalar müəyyənləşəcək. Qaydalar təsdiq olunandan sonra tam bilinəcək ki, pensiyaçılar udur, yoxsa uduzur. Pensiyaların birdən-birə yüksək həcmdə artmasından söhbət getmir. Yeni hesablanmaya görə, hər kəs biləcək ki, onları pensiyaya çıxdıqda onu nə gözləyir. Bir çox ölkələrdə bu belədir. Bir məsələni də xatırladım ki, indiyə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar qədər heç bir qurumda islahat aparılmayıb. Bu bəlkə də yeganə nazirlikdir ki, daim təkmilləşmə gedir. Bu təkmilləşmə isə ondan xəbər verir ki, nəticə etibarı ilə daha əlverişli optimal sistem yaranır”.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev pensiya sistemində gözlənilən dəyişikliklərdən birinin əmək pensiyasının baza hissəsinin restrukturizasiyası, yəni onun sığorta hissəsinə birləşdirilməsi ilə bağlı olduğunu deyib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya