Pentensiar Xidmət: məhbuslardan 62 telefon götürülüb
15:13 18.07.2018
Arxiv
757
2018-ci ilin 24 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzalanmış növbəti Əfv sərəncamı 634 məhkuma şamil olunub. Penitensiar Xidmətdən lent.az-a verilən məlumata görə, onlardan 607 nəfər azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
Əfvin icrası müəssisələrdə məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə mütəşəkkil başa çatdırılıb.
2018-ci ilin ilk yarım ili ərzində həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbs edilmiş şəxslərdən, məhkumlardan və digər şəxslərdən 1770 manat məbləğində pul, 62 mobil telefon, 38 fakt üzrə 56,5 qram narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.
Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 335 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib. Penitensiar Xidmətin əməliyyat aparatının təşəbbüslü məlumatları əsasında daxili işlər orqanları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim edilmiş 3 ədəd odlu silah götürülərək aidiyyəti orqanlara təhvil verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm