"...Peşəkar jurnalistikanı qorumaq lazımdır" - Vüqar Rəhimzadə






"Mətbuat Şurası (MŞ) "reket jurnalistlər”lə bağlı lazımi qərarlar verir, addımlar atır”.

Bunu "Sherg.az”a "reket jurnalistika” ilə mübarizə tədbirlərindən danışarkən "İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə deyib. 

O bildirib ki, Azərbaycanda peşəkar jurnalistikanı qorumaq lazımdır:

"Jurnalistikanı qarayaxmalardan müdafiə etməliyik. MŞ olaraq lazımi qərarlar verilir, müəyyən addımlar atılır. Həmçinin ictimaiyyətdə də buna böyük dəstək göstərir.

Bizim qərarlarımız yalnız ictimai qınağa söykənir. Hüquq - mühafizə orqanları isə daha ciddi addımlar atmalıdır. Cinayət xarakterli əməllər törədən, "reketçilik”lə məşğul olan belə media qurumları insanlara qarşı mənəvi "terror" törədir, böhtan atır, şəxsi və ailə həyatına müdaxilə həyata keçirir. Həmin peşəkar cinayətkarlarla bağlı hüquq mühafizə orqanları qərar verməlidir. Bizim qərarlarımız ictimai qınağa söykənir, bəzi məqamlarda yetərli olmur. Belə olan halda hüququn qaydalarına müraciət etməliyik. Qəti mövqe nümayiş olunmalıdır”.

Aysel Aslan