PKK Türkiyənin Hakkari bölgəsində terrakt törədib - 2 yaralı





PKK üzvləri Türkiyənin Hakkari bölgəsində terror aktı törədib.

Sherg.az milliyyet.com.tr-ə istinadən xəbər verir ki, Hakkarinin Şemdinli rayonu Soğuktepe bölgəsində qazma işi aparan fəhlələrə qarşı PKK-lı terrorçular tərəfindən minaatanlarla hücum təşkil olunub. Hücumda, 1-i ağır olmaqla 2 fəhlə yaralanıb.

Hakkari başçısı hücumun bu gün Soğuktepe Üs bölgəsində meydana gəldiyini açıqlayıb. Açıqlamada, "03.07.2017 günü rayonumuz Şemdinli ərazisi Soğuktepe Üs bölgəsində qazma işi aparan fəhlələrə qarşı separatçı terror təşkilatı mənsubları tərəfindən minaatanlarla hücum həyata keçirilmiş, 1-i ağır olmaq üzrə iki fəhlə yaralanmışdır. 

Yaralılar yatırıldıqları Hakkari Dövlət Xəstəxanasında müalicə almağa başlamışdır. Məsələ ilə bağlı araşdırma aparılır" - deyə bildirilib.

Aysel Aslan