Polis ölümcül oyunla bağlı araşdırmaya başlayıb - "Mavi balina" təhlükəsi
09:47 01.12.2017
Arxiv
381
Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri "Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin İnformasiya şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Lent.az-a bildirib ki, 76 saylı orta məktəbin rəhbərliyi məsələ ilə bağlı polisə və Bakı şəhər Təhsil İdarəsinə müraciət edib: "Polis əməkdaşları müvafiq araşdırmalar aparıb, həmin məktəblilərlə söhbət edilib. Məlum olub ki, şagirdlər adı qeyd olunan internet oyunundan istifadə etməyib”.
DİN rəsmisi əlavə edib ki, polis əməkdaşları vaxtaşırı olaraq məktəblərdə şagirdlərlə görüşərək onlarla söhbətlər aparır.
Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Bu ilin oktyabr ayının 15-də Şamaxıda 16 yaşlı məktəblinin "Mavi balina” oynadıqdan sonra intihar etməsi ilə bağlı iddialardan sonra məsələ daha çox narahatlıq yaratmağa başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm