Polis "sarı jilet"lini ağır yaraladı: gözü qan içində... - Foto

Jerom Rodriq adlı "sarı jilet"li gözündən yaralanıb.
"Sherg.az" "www.nouvelobs.com"a istinadən xəbər verir ki, hadisə ötən həftənin şənbə günü "Parisdə " Bastiliya meydanında "sarı jilet"lilərin XI aktı zamanı baş verib. 
Məlumata görə, J.Rodriq o hərəkatın aparıcı fiqurlarından biridir və o aksiyanın sonunda çəkiliş edərkən gözündən ağır xəsarət alıb.
J.Rodriqin öz "Facebook" səhifəsində yaydığı vidoadan da aydın görünür ki, J.Rodriq nümayişçilərin Respublika Meydanına getməyə təşviq edir. 
Daha sonra müşahidə edirik ki, polis nümayişçilərin toplaşdığı məkana gəlir və onların bir neçə metrliində dayanır. Bundan sonra partlayış səsi eşidilir və J.Rodriq dizi üstə çökür.
Tərcümə etdi: Ayyət Əhməd