Polislər iş qadınını qaçırıb 10 həftə əsir saxladılar - FOTOLAR

Rus iş qadını Ekaterina Kalivanova iki polis tərəfindən Moskvada qaçırılıb və 10 həftə təcavüzə məruz qalıb. Polislərdən biri qadına aşiq olduğundan gənc iş qadını ölümdən xilas olub.
Türk mediasının məlumatına görə, Ekaterina Kalivanova Rusiyanın paytaxtı Moskva yaxınlığındakı bir yerdə 10 həftə əsir tutulub. Gənc qadın o müddət ərzində onu qaçıran polis məmurları Dmitri Prişenko və Dmitri Sokolov tərəfindən seks köləsi kimi istifadə edilib.
Qadının ləl-cəvahiratlarına, puluna, ev və avtomobilinin açarlarına əl qoyan polislər, qadının üzünə silahla dəfələrlə vurublar. Ekaterina Kalivanova o anları "Hər yerim qanlar içində idi. Tez- tez özümdən gedirdim. Ayaqlarımdan axan qanların ayaqqabımda yığıldığını belə hiss edə bilirdim" sözləriylə xatırlayır.
32 yaşlı Ekaterina Kalivanova 10 həftə əsirlikdən onu qaçıran polsilərdən birinin ona aşiq olması nəticəsində xilas olur. Adamın halından  faydalanan rus iş qadını cib telefonuna əl ataraq təcili yardım nömrəsini yığır və vəziyyətini izah edərək kömək istəyir.
İki il əvvəl yaşadığı kabusdan sonra hələ normal həyatına dönə bilməyən Ekaterina Kalivanova ona aşiq olan Dmitri Sokolov ilə əlaqədar "Mənimlə evlənmək və məndən iki uşaq sahibi olmaq istəyirdi. Bunu xəyal edə bilirsinizmi?" deyir.
Dmitri Prişenko qeyri-qanuni təşkilata liderlik etdiyinə görə 27 il, Dmitri Sokolova isə 17 il həbs cəzası istəyiylə mühakimələri davam edir.