
Politoloq: Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması yeni imkanlar açacaq
14:15 13.08.2018
Arxiv
585
Xəzərin statusu ilə bağlı razılaşmanın əldə olunmasında Azərbaycan diplomatiyasının rolu danılmazdır.
"Sherg.az" xəbər verir ki, bunu politoloq Arzu Nağıyev deyib.
Onun fikrincə, yalnız "Xəzər beşliyi” ölkələri rəhbərlərinin, xüsusən Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu Konvensiyanın imzalanması yolunda maneələrin aşılmasına imkan verib:
"Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Konvensiyanın imzalanması ilə Xəzərin həm dibi, həm təbii ehtiyatları ilə bağlı bu və digər layihələr birbaşa ölkəmizin iştirakı ilə həyata keçiriləcək”.

A.Nağıyev vurğulayıb ki, Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı ölkələrin birgə əməkdaşlığı üçün yeni imkanlar açacaq, eyni zamanda, milli sektorlarda standartların müəyyən olunmasına, Xəzərin ekologiyasının qorunması barədə standartların mövcudluğuna gətirib çıxaracaq.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq