
Polşada AXC-nin hərbi xadimlərinə abidə ucaldılıb
15:08 07.09.2017
Arxiv
579
Polşada səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 7-də Varşava şəhərində Azərbaycan Xalq Cümhuriyyəti dövrünün hərbi xadimləri general-leytenant Süleyman bəy Sulkeviç və polkovnik Vəli bəy Yadigarın xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin məlumatına görə, mərasimdə ölkəmizin Polşadakı səfirliyinin əməkdaşları, Polşa Silahlı Qüvvələrinin rəhbərliyi, Xarici İşlər Nazirliyinin, Milli Yaddaş İnstitutunun, Polşa Parlamentinin, Veteranlar Təşkilatının nümayəndələri, Varşava şəhəri administrasiyası və ictimaiyyət nümayəndələri, eləcə də diaspora üzvləri iştirak ediblər.
Abidənin açılış mərasimində çıxış edən müdafiə naziri tarixən sıx olan Polşa-Azərbaycan münasibətləri barədə danışaraq, bugünkü tədbirin simvolik əhəmiyyət daşıdığını və iki ölkə arasında hərbi əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə çıxış edənlər general-leytenant Süleyman bəy Sulkeviçin (Matsey Aleksandroviç Sulkeviç) 1919-cu ilin mart ayından 1920-ci ilin fevral ayınadək Azərbaycan Xalq Cümhuriyyəti ordusunun Baş Qərargah rəisi vəzifəsində xidmətdə olarkən milli hərbi hissələrin yaradılması və ölkənin müdafiə sisteminin qurulmasında gördüyü əhəmiyyətli işlərdən bəhs ediblər.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Vəli bəy Yadigarın 1920-ci ildə Azərbaycanın işğalından sonra Polşaya mühacirəti, Mazovetski süvari briqadasının qərargah rəisi vəzifəsində xidməti, Armiya Krayovanın tərkibindəki polkun komandiri kimi Varşava üsyanında iştirakı və digər maraqlı faktlar mərasim iştirakçılarının diqqətinə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq