Poroşenko Avakovu niyə vəzifəsindən azad edə bilmir? - İZAH
15:32 13.02.2017
Arxiv
859
"Ukrayna hakimiyyəti koalision hökumətdir və erməni əsilli nazir Arsen Avakov həmin blokun üzvüdür. Ona görə prezident Pyotr Poroşenko onu vəzifəsindən azad edə bilmir”.
Bunu Sherg.az-a bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasına Ukrayna daxili işlər naziri, erməni əsilli Arsen Avakovun etirazının səbəblərini açıqlayarkən politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Ukrayna DİN rəhbərinin təxribatçı işlərlə məşğul olduğunu Kiyevdəki araşdırmaları zamanı dəqiqləşdirib:
"Məsələn, son zamanlar həmin ölkədə azərbaycanlı iş adamlarının oğurlanması, qətlə yetirilməsi halları artıb. Nazir isə ciddi tədbirlər görmür. O cümlədən, Krım tatarlarının lideri Mustafa Cəmiloğlunun dediyinə görə, Ukrayna parlamentində qondarma "erməni soyqırımı” məsələsini gündəmə gətirən Avakovların dəstəsidir. Bütün bu təxribatlar rəsmi Kiyev və Bakının arasını vurmaq məqsədi daşıyır. İndi isə məlumat dərc olunub ki, A. Lapşinlə bağlı ilk olaraq Azərbaycan Ukraynaya müraciət edib, A. Avakov isə onun ekstradisiyasından imtina edib.
Əslində erməni əsilli nazirin yerinə ukraynalı şəxs olsaydı böyük ehtimalla Azərbaycanın istəyi yerinə yetiriləcəkdi. Amma nazirin erməni maraqları üstün gələrək, Azərbaycan əleyhinə təbliğat apardığına görə, prosesin qarşısını almağa çalışıb. Əslində Arsen Avakovla Ukrayna prezidenti Pyotr Poraşenko arasında da nifaq var. Prezident özü də görür ki, o, daxili işlər naziri olaraq üzərinə düşən işləri yerinə yetirə bilmir. Lakin Avakov hakimiyyət blokunun üzvü olduğuna görə, P. Poraşenko onun əməllərinə dözməli olur. Bundan istifadə edən DİN rəhbəri isə çalışır ki, bu cür təxribatlarla Ukrayna Azərbaycan əməkdaşlığına zərər vursun”.
Qeyd edək ki, Azərbaycan blogger Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı sorğuyla yalnız Belarusa yox, həm də Ukraynaya müraciət edibmiş. Agentliyin məlumatına görə, Azərbaycanın Baş Prokurorluğu, blogger Aleksandr Lapşinin, ölkənin ərazi bütövlüyünün pozulmasına ictimai çağırışlar etdiyinə və sərhədi keçmək üçün lazımlı sənədlərinin olmadığına görə, Azərbaycana verilməsi xahişi ilə Ukraynaya müraciət edib, amma Bakı ermənisi olan daxili işlər naziri Arsen Avakovdan imtina cavabı alıb. Bundan sonra Azərbaycan Belarusa müraciət edib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət