“...Prezident Fransa rəhbərliyini münaqişə barədə kifayət qədər məlumatlandırıb”
14:59 21.07.2018
Arxiv
372
"Azərbaycan Prezidetinin fransalı həmkarı Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər etməsi yüksək qiymətləndirilməli addımdır”.
Bunu "Sherg.az”a millət vəkili Asim Mollazadə bildirib.
Parlamenatri qeyd edib ki, rəsmi Bakı və Paris arasında ciddi əməkdaşlıq, yaxşı münasibətlər formalaşıb:
"Burada qarşılıqlı iqtisadi maraqlar, elm və təhsil sahəsində əməkdaşlıq, siyasi nöqteyi nəzərdən əlaqələrin genişlənməsi əhəmiyyət kəsb edir. Bu kimi əlaqələr- Azərbaycan və Avropa dövlətləri arasındakı münasibətlər müsbət irəliləyiş vəd edir.
Bununla yanaşı Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. İki ölkə rəhbərlərinin görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə mövzusu oldu. Fransa da anlayır ki, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı ciddi addımlar atmasa, bölgədə vəziyyətə mənfi təsir göstərə bilər. Düşünürəm ki, Azərbaycan prezidenti Fransa rəhbərliyini münaqişə barədə kifayət qədər məlumatlandırıb. Rəsmi Paris isə həmsədr kimi üzərinə düşən öhdəliklərə ciddi yanaşacaq. Bu istiqamətdə yaxın müddətdə inkişaf gözlənilə bilər.
Ermənistanda hakimiyyət dəyişikliyi baş verib, hərbi cinayətkar rejim rəhbərlikdən uzaqlaşıb. Düşmən üçün ciddi şans yaranıb ki, həqiqi müstəqilliyini əldə etsin, sabitlik içərisində yaşasın. Ermənistanın reallaşdırmalı olduğu başlıca addım Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir. Bu rəsmi İrəvanın yeganə çıxış yoludur”.
Qeyd edək ki, ötənlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makronun dəvəti ilə bu ölkəyə səfər edib. Bu səfər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür. Səfər zamanı aparılan danışıqlar, imzalanmış sazişlər bu əlaqələrirn yeni müstəviyə yüksəlməsinə stimul verir. Məlumat üçün bildirək ki, Prezidentin səfəri dünən başa çatıb.
Aysel, Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya