Prezident İlham Əliyev Zaqatalaya səfər edib




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatala rayonuna səfərə gəlib. 

Sherg.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında dahi şəxsiyyətin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Daha sonra Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verib. Bildirib ki, parkda geniş abadlıq işləri görülüb, sakinlərin səmərəli istirahəti üçün hərtərəfli şərait yaradılıb.