Prezident İlham Əliyevin Macarıstan baş naziri ilə təkbətək və geniş tərkibdə görüşü olub
10:33 06.03.2016
Arxiv
565
Prezident İlham Əliyevin martın 6-da Azərbaycanda rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orbanla təkbətək görüşü olub.
APA-nın məlumatına görə, Viktor Orban və xanımı Aniko Levaini Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Azərbaycan prezidenti, Macarıstanın baş naziri və xanımları birgə foto çəkdiriblər.
Sonra prezident İlham Əliyevin və baş nazir Viktor Orbanın təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra prezident İlham Əliyevin baş nazir Viktor Orbanla geniş tərkibdə görüşü keçirilib.
İlham Əliyev və Viktor Orban görüşdə çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou