Prezident: “Təmas xəttində baş verənlər daxili işimizdir”
11:21 09.02.2017
Arxiv
621
"Ermənistan çox çalışdı ki, aprel döyüşlərindən sonra bu məsələyə beynəlxalq don geyindirsin, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bu məsələyə öz mövqeyini bildirsin”.
APA-ın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə söyləyib.
Dövlət başçısı bildirib ki, bunun heç bir hüquqi əsası yoxdur: "Biz öz torpağımızdayıq. Bizim Ermənistan torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə də aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik, toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır. Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər”.
Prezident İlham Əliyev deyib ki, aprel döyüşlərindən sonra Ermənistan müxtəlif yollarla bu məsələyə digər ölkələri cəlb etməyə çalışıb: "Ancaq onların bütün səyləri boşa çıxdı. Ermənistan-Azərbaycan sərhədində növbəti təxribatın törədilməsi məhz bu məqsədi güdürdü ki, bu dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə cəlb etsin. Bu dəfə də alınmadı. Ona görə ki, Azərbaycan Çingiz Qurbanovun simasında bir daha qəhrəmanlıq göstərdi. Ermənistan bir daha göstərdi ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpa olunmaz zərbə vura bilər və elə də oldu”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol