Problemli kreditlər niyə artıb?

Oqtay Haqverdiyev: "Banklar kredit verilməsi məsələsində işini düzgün qurmur"



Kredit götürənlər hesab edir ki, krediti ödəyə bilmədikdə bank və ya dövlət ona güzəşt edəcək.

Bunu Sherg.az-a banklarda problemli kreditlərin həcminin artmasından danışarkən iqtisadçı-ekspert Oktay Haqverdiyev söyləyib. 
Ekspertin fikrincə, banklar kredit verilməsi məsələsində işini düzgün qurmalıdır: 

"Banklar kredit verir müştəri isə kredit alır. Əgər bank bu kreditin ödəniləcəyini dəqiqliyi ilə müəyyən etmirsə, niyə kredit verir? Digər tərəfdən burada müştərilərin də üzərinə məhsuliyyət düşür. Krediti ödəyəcəyindən əmin olmayan müştəri yüksək məbləğdə kredit götürür və nəticədə problem böyüyür. Kredit götürən müştərilər ödəyə bilmədiyi təqdirdə kreditin dövlət və ya bankın özü tərəfindən silinəcəyini düşünür. Sonradan dolların bahalaşması kimi belə ciddi problemlər ortaya çıxdıqda isə problemin həlli müşkülə çevrilir”.

 Aysel Aslan